XI sinif şagirdimiz III Məktəblilərarası Astronomiya Olimpiadasında gümüş medal qazanıb

14 Sentyabr 2023

XI sinif şagirdimiz Adil Səttarov III Məktəblilərarası Astronomiya Olimpiadasında gümüş medal qazanıb.

13 sentyabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadasının respublika qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Liseyimizin XI sinif şagirdi Səttarov Adil bu olimpiadada uğurla iştirak edərək II yerin qalibi olub.

Qeyd edək ki, Adil eyni zamanda RFO-nun fizika fənni üzrə 2023-cü il üzrə də gümüş medalçısıdır.

Adili, ürəkdən təbrik edirik!