Zəngilan işğaldan azad olundu.

21 Oktyabr 2020

Araz çayının sol sahilində yerləşən, Qərbdə və şimal-qərbdə Ermənistanla, cənubda və cənub-şərqdə İranla həmsərhəd olan Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə Erməni quldurları tərəfindən işğal olunmuşdur.

      XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası 636-cı ildə qoyulub. Zəngilan şəhərinin əsl adı Pircavan yaxud da Pirçivan olmuşdur. Zəngilan isə həmin şəhərin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı idi. İlk adı Pircavan оlan bu şəhər yalnız 1957-ci ildən Zəngilan adlandırılmışdır və 1967-ci ildə şəhər statusu verildi. Bir şəhər, 5 qəsəbə və 79 kənd olmuşdur. Ərazisi – 707 km²-dir.

   20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri və altı kəndi müzəffər ordumuz tərəfindən işğaldan azad edilmişdir.