Akademik Zərifə Əliyeva adına Liseyin Respublika Fənn Olimpiadalarının (RFO) final mərhələsinə vəsiqə qazanan şagirdlərilə motivasiya xarakterli görüş təşkil edilib
Görüşdə liseyin direktoru Fərqanə İsayeva və İKT işləri üzrə direktor müavini Zəka İbrahimov iştirak edərək, şagirdlərin əldə etdikləri uğurları yüksək qiymətləndirmişlər.
Rəhbərlik tərəfindən şagirdlərə final ərəfəsində xeyir-dua verilmiş, onlara öz bilik və bacarıqlarını ən yaxşı şəkildə nümayiş etdirmələri üçün motivasiyaedici tövsiyələr çatdırılmışdır.
Səmimi bir atmosferdə, çay süfrəsi arxasında davam edən söhbət zamanı şagirdləri maraqlandıran məsələlər müzakirə olunmuş, onlara mənəvi dəstək nümayiş etdirilmişdir.
Lisey rəhbərliyi şagirdlərin hər birinin uğuruna inandıqlarını və bu yolda onların hər zaman yanında olduqlarını vurğulamışdır.
Görüşün sonunda şagirdlərlə birlikdə xatirə şəkli çəkilmişdir.
Qeyd edək ki, 1 nəfər Azərbaycan dili, 7 nəfər Fizika, 2 nəfər Kimya, 19 nəfər Riyaziyyat, 2 nəfər Biologiya və 10 nəfər İnformatika fənlərindən olmaqla ümumilikdə liseyimizin 41 şagirdi RFO-nun final mərhələlərində iştirak edəcək.
Hər bir şagirdimizə bol-bol uğurlar arzulayırıq.
Akademik Zərifə Əliyeva adına Liseyin Respublika Fənn Olimpiadalarının (RFO) final mərhələsinə vəsiqə qazanan şagirdlərilə motivasiya xarakterli görüş təşkil edilib
13 Aprel 2026






