Akademik Zərifə Əliyeva adına liseydə 30. 04. 2026 – cı il tarixlərdə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaranma gününə həsr olumuş “Ordumuz qürurumuzdur” adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycanın ərazi bütövlüyü və dövlərçiliyi uğrunda canlarından keçərək əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edməklə və Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayıb. Aparıcılar Səmidzadə Kamran və Həsənli Xədicə çıxışlarına Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə başlayıblar:
“Xüsusi təyinatlıların Vətən müharibəsindəki Qələbəmizdə çox böyük payı var. Mən Ali Baş Komandan kimi bunu bilirəm, bu barədə Azərbaycan ictimaiyyətinə də öz sözlərimi demişəm. Bütün Azərbaycan xalqı bunu bilir və düşmən də bunu bilir.”
Sonra onlar XTQ-in yaranma tarixi və döyüş yolunu əks etdirən təqdimatla çıxış ediblər.
XTQ-nin Vətən Müharibəsi Qəhrəmanı, Silahlı Qüvvələrin General-polkovniki Hikmət Mirzəyev, Milli Qəhrəman, XTQ-in polkovnik-leytenantı Murad Mirzəyev, Milli Qəhrəman, XTQ-in mayoru Samid İmanov, Milli Qəhrəman, XTQ-in giziri Pəncəli Teymurov, Milli Qəhrəman, XTQ-in giziri Elyar Vəliyev barədə şagirdlərimiz təqdimatla çıxış ediblər.
Xüsusi Təyinatlıarın Qaziləri, Şəhid Ailələri və Veteranlarıİctimai Birliyinin sədri Qarabağ ordenli Şamxal Ağayev, sədr müavini Cümşüd Hüseynov, XTQ-in mənsubu Nail Abdullayev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi Polkovnik-leytenant Füzuli İsmayılovun çıxışları alqışlarla qarşılanıb.
Tədbir liseyin direktoru Fərqanə isayevanın çıxışı ilə yekunlaşıb.






