Zəfər tariximizin unudulmaz qəhrəmanları

27 Sentyabr 2026

Liseydə Anım Günü ilə bağlı 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə toplantı keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tarix müəllimləri P. Ağalarov və S. Səmədov çıxış edərək Anım Gününün tarixi əhəmiyyətindən, xalqımızın Vətən müharibəsində qazandığı zəfərin milli yaddaşımızdakı mühüm yerindən bəhs ediblər.

Tədbirin sonunda liseyin 2012-ci il məzunu, II Qarabağ müharibəsi şəhidi Namiq Quliyevin xatirə lövhəsi önünə qərənfillər düzülüb, şəhidin əziz xatirəsi ehtiramla yad olunub.

Şəhidlərimizin qəhrəmanlığı və Vətən sevgisi gələcək nəsillər üçün əbədi örnəkdir.