Akademik Zərifə Əliyeva adına Liseydə hazırlıq kurslarına qeydiyyat başlayır

21 Sentyabr 2026

Akademik Zərifə Əliyeva adına Liseyin IX sinfinə qəbul olunmaq arzusu ilə yaşayan cari 8-ci sinif şagirdləri üçün 2026-2027-ci tədris ili üzrə hazırlıq kurslarına sənəd qəbulu elan edilir.
​Sənəd qəbulu qaydaları və müddəti:
​Tarix: 22 – 29 Sentyabr 2026-cı il, ​Qəbul saatları: 09:00 – 14:00
​Qeydiyyat üçün tələb olunan sənədlər:
​-Şagirdin şəxsiyyət vəsiqəsinin surəti;
​-Valideynlərdən birinin şəxsiyyət vəsiqəsinin surəti;
​-Ərizə (Ərizə forması bilavasitə liseydə təqdim olunur).

​Hazırlıq kurslarında ilk dərs günü 1 oktyabr 2026-cı il tarixində nəzərdə tutulmuşdur.

​Əlaqə vasitələri:
Əlavə məlumat və suallarınız üçün iş günləri saat 09:00-dan 15:00-dək (050) 228 48 80 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.