Akademik Zərifə Əliyeva adına liseyin əməkdaşları təltif edilib

05 Oktyabr 2026

Təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə aşağıda adları göstərilən Akademik Zərifə Əliyeva adına liseyin əməkdaşları təltif edilmişlər. 

1. Hüseynova Aynur Ağa qızı (Profil üzrə direktor müavini) - “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı”
2. Babayeva Elvina Azay qızı (Riyaziyyat müəllimi) -“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı
3. Eyvazov Qılman Məmməd oğlu (Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri) - “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı
4. Qənbərova Hədiyyə Barat qızı (Fizika müəllimi) - “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı

Bütün əməkdaşlarımızı ürəkdən təbrik edir, hər zaman yüksək nailiyyətlər əldə etməyi arzulayırıq.