Aprelin 27-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Rəyasət Heyəti, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və AMEA-nın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə görkəmli alim və ictimai-siyasi xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr edilmiş “Nurlu irs – sağlam gələcək – güclü cəmiyyət” mövzusunda elmi konfrans keçirilib.
Konfransda liseyin direktoru Fərqanə İsayeva “Zərifə Əliyeva irsinin təbliği: təhsil və maarifləndirmə strategiyaları” mövzusunda məruzə ilə çıxış edib.





