Dəyərli müəllimimizi böyük alqışlarla təqaüdə yola saldıq

23 Sentyabr 2026

Akademik Zərifə Əliyeva adına liseydə uzun illər pedaqoji fəaliyyət göstərmiş, coğrafiya fənnini böyük sevgi və məsuliyyətlə tədris edən dəyərli müəllimimiz Mehman Daşdəmirovu xoş duyğularla təqaüdə yola saldıq.

Mehman müəllim illər ərzində yalnız öz zəngin biliyi və peşəkarlığı ilə deyil, həm də mehribanlığı, səmimiyyəti, təvazökarlığı və xoş münasibəti ilə həmkarlarının və şagirdlərinin dərin hörmətini qazanıb. Onun hər bir dərsi, hər bir söhbəti və pedaqoji fəaliyyəti liseyimizin həyatında özünəməxsus iz qoyub.

Uzun illər ərzində təhsilimizə və şagirdlərimizin yetişməsinə verdiyi dəyərli töhfələrə görə Mehman müəllimə dərin təşəkkürümüzü bildiririk. Onun əməyi, pedaqoji fəaliyyəti və xoş xatirələri daim liseyimizin kollektivinin yaddaşında yaşayacaq.

Əziz Mehman müəllim, Sizə bundan sonrakı həyatınızda möhkəm cansağlığı, ailə səadəti, rahat və xoş günlər arzulayırıq! 

Sizin üçün yeni həyat mərhələsi mübarək olsun!

Hər zaman sevgi və hörmətlə xatırlanmağınız diləyi ilə yolunuz açıq olsun!